Azərbaycanla Ermənistan arasında sülhün alternativi yoxdur - Rusiya baş nazirinin müavini 

"Azərbaycanla Ermənistan arasında sülhün alternativi yoxdur. Lakin Ermənistan və Azərbaycan sərhədində hələ də toqquşmalar var, insanlar ölür, belə bir şəraitdə nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışıqlar aparmaq çətindir".

Bizim.Media "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində TASS-a müsahibəsində deyib.

"Sülhə nail olmağın ən yaxşı yolu insanların qarşılıqlı əlaqədə olması, ümumi yolun inşaası,  ticarətin və normal həyatın bərpa edilməsidir. Nəticədə köhnə narazılıqlar getdikcə arxa plana keçəcək", - deyə Overçuk Bakı ilə İrəvan arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair danışıqları şərh edərkən bildirib.

Kommunikasiyaların açılma müddətinə gəlincə, Rusiya baş nazirinin müavininin sözlərinə görə, hələlik bu sualın dəqiq cavabı yoxdur:

"Razılaşdıqdan və müvafiq sənəd imzalandıqdan sonra sovet dövründə mövcud olan, həm azərbaycanlıların, həm də ermənilərin istifadə etdiyi dəmir yolunun bərpasına başlamaq mümkün olacaq".

Overçukun sözlərinə görə, baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunda unikal münasibətlər formatı formalaşıb.

"Eyni böyük ölkədən olmağımız, eyni dərsliklərlə oxumağımız, eyni filmlərə baxmağımız, eyni yumoru başa düşməyimiz və ortaq dil tapmağımız çox kömək edir. Bu, ümid yaradan və kömək edən qeyri-maddi dəyərdir”, - Overçuk bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pünhan Piriyevin hərəkətinə görə telekanala POLİS GƏLDİ: Köməkçisi bölməyə aparıldı - VİDEO

Pünhan Piriyevin hərəkətinə görə telekanala POLİS GƏLDİ: Köməkçisi bölməyə aparıldı - VİDEO

Kəlbəcərdə yanğın davam edir - Əraziyə polislər cəlb edildi

Kəlbəcərdə yanğın davam edir - Əraziyə polislər cəlb edildi

Tovuzda hesab AÇILMADI

Tovuzda hesab AÇILMADI

Gəncədəki qəzada xəsarət alanların kimliyi BİLİNDİ - FOTO

Gəncədəki qəzada xəsarət alanların kimliyi BİLİNDİ - FOTO

General Cavid Abdullayev yeni vəzifəyə TƏYİN EDİLDİ

General Cavid Abdullayev yeni vəzifəyə TƏYİN EDİLDİ

Qara dənizdə daha bir tanker zərbə aldı

Qara dənizdə daha bir tanker zərbə aldı

Ucarda ev yandı - Xəsarət alan var - VİDEO

Ucarda ev yandı - Xəsarət alan var - VİDEO

Vəfat edən yoldaşına görə müavinət təyin edildi, alanda ŞOKA DÜŞDÜ - VİDEO

Vəfat edən yoldaşına görə müavinət təyin edildi, alanda ŞOKA DÜŞDÜ - VİDEO

Tbilisidə “rejim istefaya” şüarı ilə aksiya KEÇİRİLİR - VİDEO

Tbilisidə “rejim istefaya” şüarı ilə aksiya KEÇİRİLİR - VİDEO

Ülkər Yaşarqızı bacısından danışıb AĞLADI - VİDEO

Ülkər Yaşarqızı bacısından danışıb AĞLADI - VİDEO

Gəncədə maşın aşdı, 3 nəfər xəstəxanalıq oldu

Gəncədə maşın aşdı, 3 nəfər xəstəxanalıq oldu

“Liverpul”un üzvü “Real”a keçməyəcək

“Liverpul”un üzvü “Real”a keçməyəcək

Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə etdilər

Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə etdilər

Goranboyda 17 yaşlı qızın nişan mərasimi LƏĞV EDİLDİ

Goranboyda 17 yaşlı qızın nişan mərasimi LƏĞV EDİLDİ

Səhərlər qəhvədən daha yaxşı enerji verən 5 QİDA

Səhərlər qəhvədən daha yaxşı enerji verən 5 QİDA

"Anamın üzünü yuxuda belə görməmişəm"

"Anamın üzünü yuxuda belə görməmişəm"

Kəlbəcərdə açıq ərazidə yanğın BAŞLAYIB

Kəlbəcərdə açıq ərazidə yanğın BAŞLAYIB

Xətai rayonunda yerləşən “Tandir House Lənkəran”da nöqsanlar aşkarlandı - FOTO

Xətai rayonunda yerləşən “Tandir House Lənkəran”da nöqsanlar aşkarlandı - FOTO

Şəkidə piyadanı maşın vurdu

Şəkidə piyadanı maşın vurdu

PSJ-də ŞOK İTKİ

PSJ-də ŞOK İTKİ

Bosfor boğazında neft tankeri PARTLADI

Bosfor boğazında neft tankeri PARTLADI

Zərdabda 46 yaşlı kişi toyda oynadığı yerdə yıxılıb öldü

Zərdabda 46 yaşlı kişi toyda oynadığı yerdə yıxılıb öldü

Rusiyada “WhatsApp” BLOKLANA BİLƏR

Rusiyada “WhatsApp” BLOKLANA BİLƏR

Bəzi ölkələrdən heyvan və quş əti idxalına MƏHDUDİYYƏT QOYULDU

Bəzi ölkələrdən heyvan və quş əti idxalına MƏHDUDİYYƏT QOYULDU

End of content

No more pages to load

RADİO