İranlı narkotacirlə əlbir olan şəxslər TUTULDU – FOTO

Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb, onlardan 13 kiloqramdan artıq narkotik götürülüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Fərid Muradov və Yolçubəyli kənd sakini Aydın Eyvazov saxlanılıblar. 

Həmin şəxslərin üzərinə və əllərində olan çantaya keçirilən baxış zamanı 3 ədəd polietilen torbada qablaşdırılmış və təmiz çəkisi 13 kiloqram 325 qram olan marixuana aşkar edilərək götürülüb. 

Araşdırma zamanı məlum olub ki, F.Muradov və A.Eyvazov Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq 2 500 manat pul müqabilində narkokuryerlik etməyə razılaşıblar.

Əvvəlcədən deyilən ərazidən narkotik vasitəni götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə onlar polis əməkdaşları tərəfindən yaxalanıblar. 

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Hindistan Ermənistana "Pinaka" raketləri göndərdi

Hindistan Ermənistana "Pinaka" raketləri göndərdi

Xalq artistinin oğlunun toyudur - VİDEO

Xalq artistinin oğlunun toyudur - VİDEO

Suriyada atəşkəs ELAN EDİLDİ

Suriyada atəşkəs ELAN EDİLDİ

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu - Xəsarət alan var

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu - Xəsarət alan var

Şəkidə ağır qəza: Yaralanan var - ÖZƏL

Şəkidə ağır qəza: Yaralanan var - ÖZƏL

Bazarlarda kərə yağı ilə bağlı SON DURUM

Bazarlarda kərə yağı ilə bağlı SON DURUM

İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

Etirazlarda ölənlərin yarısından çoxu türkdü – Bir ananın FƏRYADI - VİDEO

Etirazlarda ölənlərin yarısından çoxu türkdü – Bir ananın FƏRYADI - VİDEO

Makron suriyalı həmkarı ilə telefonla danışdı

Makron suriyalı həmkarı ilə telefonla danışdı

İranda etirazçılar “terrorçu” kimi təqdim olunur

İranda etirazçılar “terrorçu” kimi təqdim olunur

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq

Bu ərazidə körpü uçdu - Sakinlər çətin vəziyyətdə - VİDEO

Bu ərazidə körpü uçdu - Sakinlər çətin vəziyyətdə - VİDEO

Suriya ordusu Rakka şəhərinə daxil oldu - VİDEO

Suriya ordusu Rakka şəhərinə daxil oldu - VİDEO

Psixologiya adı altında ideologiya - Oğlan və qızların birlikdə, yoxsa ayrı oxuması daha təhlükəlidir?

Psixologiya adı altında ideologiya - Oğlan və qızların birlikdə, yoxsa ayrı oxuması daha təhlükəlidir?

Orban Trampın Qəzza ilə bağlı təklifini qəbul etdi

Orban Trampın Qəzza ilə bağlı təklifini qəbul etdi

İlham İsmayıl xəstəxanaya yerləşdirildi

İlham İsmayıl xəstəxanaya yerləşdirildi

İstanbulda 2 milyondan çox narkotik həb ƏLƏ KEÇİRİLDİ

İstanbulda 2 milyondan çox narkotik həb ƏLƏ KEÇİRİLDİ

Şamaxıdakı zəlzələ belə görüntüləndi - ANBAAN VİDEO

Şamaxıdakı zəlzələ belə görüntüləndi - ANBAAN VİDEO

Kürd terrorçuları əsirləri bu həbsxanada öldürüb - FOTO

Kürd terrorçuları əsirləri bu həbsxanada öldürüb - FOTO

ABŞ-ın 12 ədəd F-15 qırıcısı Yaxın Şərqə doğru uçur - FOTO

ABŞ-ın 12 ədəd F-15 qırıcısı Yaxın Şərqə doğru uçur - FOTO

ABŞ-ın İrana hücumdan çəkilməsinin SƏBƏBİ

ABŞ-ın İrana hücumdan çəkilməsinin SƏBƏBİ

“Qarabağ” Ramil Şeydayevi bu kluba icarəyə verəcək?

“Qarabağ” Ramil Şeydayevi bu kluba icarəyə verəcək?

End of content

No more pages to load

RADİO