İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistanın xarici işlər naziri Ara Ayvazyan arasında telefon danışığı olub.
Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, nazirlər ikitərəfli əlaqələrin inkişafı və regional məsələləri müzakirə ediblər.
XİN rəhbərləri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi tərəfdarı olduqlarını vurğulayıblar.
Bizim.Media