Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqə zəng edərək, İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı son hadisələri ona təqdim edib.
Bizim.Media "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bu informasiyanı Ermənistan XİN-in mətbuat xidməti yayıb.
Mirzoyan əsas danışıqlar məsələləri üzrə Ermənistan tərəfinin mövqeyini təqdim edib: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında demarkasiyanın həyata keçirilməsi, Qarabağda yaşayan etnik ermənilərin hüquqları və təhlükəsizliyi məsələlərinin həlli.
Bizim.Media