Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Qarabağdakı müharibə zamanı Müdafiə Nazirliyinin şişirdilmiş qiymətə güllə keçirməyən jiletin (bronjilet) alması ilə bağlı bəyanatı ətrafında qalmaqal böyüyür.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” nəşri yayıb.
Mənbə yazır ki, Ermənistan Müdafiə Nazirliyi "Joxovurd" qəzetinin 600 dollar dəyərində bronjiletin alınması ilə bağlı müraciətinə cavab verib.
Bundan əvvəl üçüncü prezident Serj Sarkisyan bir müsahibəsində hökumətin Müdafiə Nazirliyindən yan keçərək üçqat baha qiymətə - 600 dollara bronjilet aldığını deyib.
Daha sonra vergi xidməti Qarabağ müharibəsi günlərində ordu üçün bronjiletin alınmasında heç bir korrupsiya əlaməti tapmadığını bildirib.
Qəzet deyir ki, Müdafiə Nazirliyindən müvafiq sorğuya aşağıdakı cavab gəlib: "Nazirlikdən yan keçərək dövlət satınalmaları yolu ilə mərmi və artilleriya silahlarının mərkəzi bazasına güllə keçirməyən jiletlər daxil edilməyib".
Nəşr Müdafiə Nazirliyinin keçmiş prezidentin açıqlamalarını əslində təkzib etsə də, hökumət bu məsələni dövlət sirri kimi saxladığını vurğulayıb.
Xatırladaq ki, Sarkisyanın müsahibəsindən sonra Baş Prokurorluq bununla bağlı məlumatların araşdırılacağını qeyd edib.
Bizim.Media