51191 saylı hərbi hissənin keçmiş hərbçiləri Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyana dəstək aksiyası keçiriblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” nəşri yayıb.
Mənbə yazır ki, çıxış edənlər həmkarlarını, eləcə də orduda yaralanan bütün şəxsləri, keçmiş hərbi personalı Baş Qərargah rəisinə və Ermənistan ordusuna dəstək mitinqinə qoşulmağa çağırıblar.
Bizim.Media