İranda sərnişin təyyarəsinin qaçırılmasına cəhd olunub.
Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran İslam İnqlab keşikçiləri Korpusunun (SEPAH) Aviasiya Təhlükəsizliyi Birliyinin ictimaiyyətlə əlaqələri şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, martın 4-də Əhvaz-Məşhəd marşrutu üzrə uçan təyyarənin qaçırılma planının qarşısının alınıb.
Təyyarəni qaçırmaqda şübhəli bilinən şəxs saxlanılsa da kimliyi və təyyarəni qaçırmaq səbəbi açıqlanmayıb.
Bizim.Media