Ya istefa, ya ÖLÜM... – Paşinyanı hansı sonluq GÖZLƏYİR?

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı istefa çağırışları yenidən aktivləşib. Baş nazirə istefaya getmək tələbini təkcə Ermənistandakı eloktarat deyil, həm də ki, xarici qüvvələr irəli sürür. Baxmayaraq ki, indiki halda Paşinyanın istefaya getməsi üçün elə bir ciddi əsas yoxdur.

Yəni ölkədə nə dərin siyasi, nə də ki, iqtisadi böhran yoxdur. 2020-ci ilin sonlarında Paşinyanın istefaya göndərilməsi üçün daha ciddi əsaslar var idi. 

Unutmayaq ki, Ermənistan ayrı qalaktikadır. Bu ölkənin idarəçiliyi də, mövcudluğu da və hətta gələcəyi də spesifik və ənənəvi siyasi-iqtisadi, eləcə də hüquqi əsaslara söykənmir. Bu ölkə qanunlarla yox, beynəlxalq güclərin müəyyən etdiyi qaydalarla idarə olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Zəngəzur dəhlizindən imtina edə bilməz - Erməni mətbuatı 


Çünki, Ermənistan adlı dövlət 100 il bundan qabaq xüsusi məqsədlər üçün yaradılıb. Və bu dövlətin konkret missiyası var. Ermənistan türk dünyasının bağrındakı qarayaradır. Bu qarayaradan qurtulmayınca türk dünyasının birliyindən və Böyük Turandan danışmaq yersizdir. 

Bunu mən yox, Qərbin beyin mərkəzləri, Vatikan və xristian ideoloqları deyir. Ən başlıcası bu faktı ermənilər özləri də etiraf edirlər. Və bu faktordan istifadə edərək ermənilər Qərbdən, Rusiyadan və hətta İrandan davamlı iqtisadi yardımlar alırlar. 
Məhz bu faktorları nəzərə alıb deyə bilərik ki, Paşinyanın istefası ermənilərin milli maraqlarından daha çox qlobal maraqlarla bağlıdır. Bir sözlə Paşinyanın istefası iqtisadi-siyasi səbəblərlə bağlı deyil. Paşinyanın istefası sosial sifarişdir. 

Bəs, bu gün o sosial sifariş varmı? 

Hadisələrin real mənzərəsi göstərir ki, Paşinyanın istefasına sosial sifariş yoxdur. Amma bu hər an ola bilər. Bəs, bu an nə vaxt gələ bilər?

Bu sualın cavabını tapmaq üçün Ermənistan tarixinin son 30 ilinə nəzər salmaq lazımdır. Və bəri başdan deyək ki, Ermənistan liderinin siyasi taleyi birbaşa Azərbaycan, dolayısı ilə Türkiyəyə olan münasibətdən asılıdır.

Paşinyanın siyasi sələfləri olan Levon Ter-Petrosyanın da, Robert Köçəryanın da və ən nəhayət Serj Sarkisyanın siyasi sonunu Azərbaycana olan münasibət müəyyən etdi. 

Bütün dünya bilir ki, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları Ermənistan tərəfindən pozulub. Lakin, dünyanın güc dövlətləri, o cümlədən ABŞ, Aİ və Rusiya bu həqiqəti bilməklərinə rəğmən heç zaman Ermənistanı işğalçı dövlət kimi tanımayıblar.

Əksinə bu güclər hər zaman işğalçı Ermənistanın yanında yer alıblar. Çünki, həmin güclərə ədalətin zəfər çalması yox, özlərinin şovinist maraqlarının təminatı lazımdır. 

Öz maraqları üçün həm ABŞ, həm Qərb, həm də Rusiya erməni liderlərindən bu vaxtadək lazımınca istifadə ediblər. Bu liderlər nə vaxt tükənib, Azərbaycanla razılaşmaq üçün danışıqlar masasına oturmaq istəyəndə Beynəlxalq güclər həmin lideri istefaya göndərib. 

Azərbaycan Böyük Turanın əsas halqasıdır

Beynəlxalq güclərə Cənubi Qafqazda davamlı sülh lazım deyil. Bu bölgədə davamlı sülh olsa onda türk dünyası daha da güclənər, qarşısı alınmaz mobil bir gücə çevrilər. Bu formulun əsas elementi isə Azərbaycandır.

Çünki, Azərbaycan həm yerləşdiyi coğrafi mövqeyi, həm də milli ruhu ilə seçilir. Etiraf etmək lazımdır ki, nə Qazaxıstan və Orta Asiya ölkələrində, nə də ki, Türkiyədə türkçülük ruhu Azərbaycandakı qədər güclü deyil. Məsələn, Türkiyədə islamçılıq türkçülükdən öndə gəlir. 

Əksər türk dövlətlərində də belədir. Amma Azərbaycanda türkçülük dini kimlikdən daha qabaqdadır. Məhz bu faktı bildikləri üçün Beynəlxalq güclər Azərbaycanı hər zaman təzyiq altında saxlamaq istəyir. Bu yolda isə Beynəlxalq güclərə ən yaxşı maşa İran və Ermənistandır.

Paşinyanın istefa tarixi bu hadisə ilə bağlıdır

Son 20 gündə Azərbaycan və Ermənistan liderləri üçüncü dəfə bir araya gəlir. Və hər görüş ərəfəsində Qərb və Rusiya iştahla böyük sülhdən danışır. Lakin keçirilən görüşlərin heç birində nə bir konkret razılaşma olur, nə də ki, hansısa sənəd imzalanmır.

Ən pisi də odur ki, həmin görüşlərdə Beynəlxalq güclər tərəfindən danışıqlar masasına sülh sazişinin layihəsi yox, 9-10-cu dərəcəli məsələlərin müzakirəsi gətirilir. Və bütün müzakirələr də nəticəsiz qalır. 

Təbii ki, Ermənistan dövləti də, erməni lider də bu cür təzyiqlərdən bezib, yorulub. Amma onlar başlarına keçirdiyi boyunduruqdan xilas olmaq iqtidarında deyillər. Məsələn, Paşinyan Azərbaycanla sülh sazişini imzalayacağı tarixi açıqlaya bilər.
Lakin, imza günündən bir gün qabaq o istefaya və bəlkə də qəbirə göndəriləcək. Bunu Paşinyan çox gözəl bilir. Ona görə də Paşinyanın bütün çabaları sadəcə imitasiyadır. Çünki, o istefaya getməyə hazırlaşmır. Ölməyi isə heç istəmir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

End of content

No more pages to load

RADİO