Paşinyanın açıqlamaları erməniləri AYAĞA QALDIRDI – Anklavların qaytarılmasından kimlər NARAHATDIR?

Paşinyanın son açıqlaması Ermənistanda vəziyyəti yenidən gərginləşdirib. Beləki, baş nazir ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, anklavlar Azərbaycanın 86 min 600 kv.km ərazisinə daxildir:

“Anklavlar məsələsinin həlli üçün bir neçə variant var. Onlardan biri aşağıdakı ola bilər: xəttin hər iki tərəfindəki anklav əraziləri yerləşdikləri tərəfin nəzarəti altında qalır. Digər variant isə odur ki, sülh müqaviləsi imzalanandan sonra Başkənd Ermənistanın, qalan ərazilər isə Azərbaycanın suverenliyinə qayıdacaq. Bu, siyasi nöqteyi-nəzərdən mövqedir, lakin hüquqi aspekt hələ də öyrənilməlidir”.

Baş nazirin bu fikirləri ermənilər arasında ciddi narahatlıq və çoxlu suallar yaradıb. Çünki, anklav kəndlərin Azərbaycana qaytarılması bu ölkəyə bir sıra mövqe üstünlüyü verir. Beləki, Sofulu və Barxudarlı kəndləri  veriləcəyi halda Azərbaycan İrəvan-Tbilisi magistralına və Berdə gedən əsas yola nəzarət edəcək. 
Digər tərəfdən Kərki də təslim edilsə, o zaman İrəvan-Zəngəzur yolu Azərbaycanın nəzarətinə keçəcək. Bildiyimiz kimi 1992-ci ildə Azərbaycan Ordusu tərəfindən tutulmuş, Azərbaycanın Gədəbəy rayonu ərazisi ilə əhatə olunmuş Ermənilərin Başkənd  yaşayış məntəqəsinin 40 kvadratkilometr ərazisi var.

Həmin dövrdə Ermənistan Ordusu Qazax rayonuna məxsus yeddi Azərbaycan kəndini (anklav) və Naxçıvan Muxtar Respublikasına (Kərki) məxsus bir kəndi işğal edib.

Həmin anklavların ərazilərinin sahələri isə bu cürdür: Yuxarı Əskipara - 8.6 kv. km,Aşağı Əskipara - 9.1 kv. km, Bağanıs Ayrım - 40 kv. km, Barxudarlı - 10.1 kv. km, Sofulu - 22 kv. km, Qızılhacılı - 11 kv. km, Xeyrimli - 4.1 kv. km, Kərki (Naxçıvan MR) - 19.2 kv. km.

Beləliklə, Qazax rayonunun işğal olunmuş yeddi kəndinin və Naxçıvanın bir kəndinin ümumi sahəsi 124 kvadrat kilometrdir ki, bu da Başkənd qəsəbəsinin ərazisindən üç dəfə çoxdur.

Ona görə də bu və yuxarıda sadaladığımız strateji səbəblər ermənilər üçün qorxunc yuxudur. Ona görə də təkcə ermənilər yox, eləcə də bu məsələdə maraqlı tərəf olan xarici qüvvələr də hərəkətə keçiblər.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tural İsmayılov bildirdi ki, Paşinyanın sülhlə bağlı fikirləri Rusiyanın, Fransanın və Qərbin bəzi dairələrini ciddi narahat edir:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan KTMT haqda sön sözünü dedi: "Ölkəmizdə fəaliyyət göstərmir"


“Ona görə də Ermənistanda Paşinyan əleyhinə ritorikanı və vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Əslində Paşinyan qeyri-adi heç nə deməyib. Anklavlar Azərbaycanın əraziləridir. Erməni baş nazir gec də olsa bunu etiraf edib. Bu etirafı etməkdən başqa onun digər bir yolu yoxdur. 

Onun dediyi kimi Azərbaycanın 86.6 min kvadratkilometrə Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də daxildir. Əslində anklavların qaytarılmasının müzakirə edilməsi Azərbaycanla sülh üçün kifayət qədər önəmli addımların atılmasına səbəb ola bilər. 
Təəssüf ki, Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə oyuncaq kimi istifadə edən qüvvələr bu vəziyyəti həzm edə bilmir. Paşinyanın son açıqlamaları fonunda Ermənistandakı ictimai-siyasi gərginliyi daha da alovlandırmağa çalışırlar. Lakin, vəziyyətin necə olmasından asılı olmayaraq 8 kənd Azərbayacana geri qaytarılmalıdır. Bu məsələdə Ermənistanın heç bir alternativi yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymardan riskli QƏRAR

Neymardan riskli QƏRAR

Azərbaycanlı bloqer canlı yayım zamanı döyüldü - VİDEO

Azərbaycanlı bloqer canlı yayım zamanı döyüldü - VİDEO

Çay içən qadınların sümüyü MÖHKƏM OLUR

Çay içən qadınların sümüyü MÖHKƏM OLUR

Əfqanıstan Rusiyaya işçi miqrantları cəlb etməyi TƏKLİF EDİB

Əfqanıstan Rusiyaya işçi miqrantları cəlb etməyi TƏKLİF EDİB

Boksçumuz Avropa çempionatının FİNALINDA

Boksçumuz Avropa çempionatının FİNALINDA

Pünhan Piriyevin hərəkətinə görə telekanala POLİS GƏLDİ: Köməkçisi bölməyə aparıldı - VİDEO

Pünhan Piriyevin hərəkətinə görə telekanala POLİS GƏLDİ: Köməkçisi bölməyə aparıldı - VİDEO

Kəlbəcərdə yanğın davam edir - Əraziyə polislər cəlb edildi

Kəlbəcərdə yanğın davam edir - Əraziyə polislər cəlb edildi

Tovuzda hesab AÇILMADI

Tovuzda hesab AÇILMADI

Gəncədəki qəzada xəsarət alanların kimliyi BİLİNDİ - FOTO

Gəncədəki qəzada xəsarət alanların kimliyi BİLİNDİ - FOTO

General Cavid Abdullayev yeni vəzifəyə TƏYİN EDİLDİ

General Cavid Abdullayev yeni vəzifəyə TƏYİN EDİLDİ

Qara dənizdə daha bir tanker zərbə aldı

Qara dənizdə daha bir tanker zərbə aldı

Ucarda ev yandı - Xəsarət alan var - VİDEO

Ucarda ev yandı - Xəsarət alan var - VİDEO

Vəfat edən yoldaşına görə müavinət təyin edildi, alanda ŞOKA DÜŞDÜ - VİDEO

Vəfat edən yoldaşına görə müavinət təyin edildi, alanda ŞOKA DÜŞDÜ - VİDEO

Tbilisidə “rejim istefaya” şüarı ilə aksiya KEÇİRİLİR - VİDEO

Tbilisidə “rejim istefaya” şüarı ilə aksiya KEÇİRİLİR - VİDEO

Ülkər Yaşarqızı bacısından danışıb AĞLADI - VİDEO

Ülkər Yaşarqızı bacısından danışıb AĞLADI - VİDEO

Gəncədə maşın aşdı, 3 nəfər xəstəxanalıq oldu

Gəncədə maşın aşdı, 3 nəfər xəstəxanalıq oldu

“Liverpul”un üzvü “Real”a keçməyəcək

“Liverpul”un üzvü “Real”a keçməyəcək

Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə etdilər

Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə etdilər

Goranboyda 17 yaşlı qızın nişan mərasimi LƏĞV EDİLDİ

Goranboyda 17 yaşlı qızın nişan mərasimi LƏĞV EDİLDİ

Səhərlər qəhvədən daha yaxşı enerji verən 5 QİDA

Səhərlər qəhvədən daha yaxşı enerji verən 5 QİDA

"Anamın üzünü yuxuda belə görməmişəm"

"Anamın üzünü yuxuda belə görməmişəm"

Kəlbəcərdə açıq ərazidə yanğın BAŞLAYIB

Kəlbəcərdə açıq ərazidə yanğın BAŞLAYIB

Xətai rayonunda yerləşən “Tandir House Lənkəran”da nöqsanlar aşkarlandı - FOTO

Xətai rayonunda yerləşən “Tandir House Lənkəran”da nöqsanlar aşkarlandı - FOTO

Şəkidə piyadanı maşın vurdu

Şəkidə piyadanı maşın vurdu

End of content

No more pages to load

RADİO