Ermənistan parlament binasının qarşısında müxalifətin etiraz aksiyası keçirilir.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın bir azdan parlamentə gələcəyi gözlənilir.
Məlumata görə, polis parlamentin həyətində işıq-səs bombası, binada isə snayperlər yerləşdirib. Quraşdırılan qumbaralar “Plamya-2” stasionar işıq və səs bombalarına bənzəyir.
Bildirilib ki, qumbara tamamilə odsuz və qəlpəsizdir.
Bizim.Media
