“Məni bu suala cavab verməyə məcbur etməyin”.
Bizim.Media xəbər verir ki, bu fikri Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan jurnalistin 5 dəfə səsləndirdiyi "Ermənistanın Azərbaycanın 86,6 min kv.km ərazisini tanıması o deməkdir ki, İrəvan Qarabağın Azərbaycanın tərkibində olmasına razılıq verib?" sualına cavab verərkən deyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündən sonra deyib ki, Azərbaycan və Ermənistan bir-birinin müvafiq olaraq 86.6 və 29.9 min kv.km ərazilərini tanıyıb.
Bizim.Media