Paşinyanın QORXUSU REALLAŞIR? – Ermənistan Qərbin sanksiyaları ilə ÜZ-ÜZƏ

Ermənistan deyəsən Qərbin sanksiyaları ilə üzləşməli olacaq. Belə ki, Rusiyanın Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməsinə bir sıra ölkələrin yardımçı olduğu üzə çıxıb. 

Bu ölkələr sırasında Ermənistan, Gürcüstan, Qazaxıstan, Orta Asiya respublikaları, Çin və Hindistanın adı xüsusi olaraq qeyd edilir. Məlumatlara görə, Rusiya məhz bu üçüncü ölkələr vasitəsilə sanksiyalara düşən bəzi mal və məhsulları almaqda davam edir. 

Bu isə Ukrayna təcavüzünə görə Moskvaya sanksiyalar tətbiq edən Qərbi həmin ölkələrə qarşı da anoloji addım atmağa vadar edib. 

Bir müddətdən sonra Yaponiyada “Böyük 7-in”növbəti toplantısı olacaq. Orada müzakirə olunan əsas məsələlərdən biri də Rusiyaya 11-cü sanksiyaların tətbiqi məsələsidir. Hansı ki, burada Rusiyada sanksiyalardan yayınmaqda kömək edən ölkələrə münasibətdə də anoloji addımların atılacağı gözlənilir. 

Bu isə o deməkdir ki, Ermənistan da Rusiyanın ardınca Qərbin sanksiyaları ilə üz-üzə qalacaq. 

Belə vəziyyətdə Ermənistan iki seçim qarşısında qalır. Belə ki, son bir ildə Ermənistan iqtisadiyyatı məhz Rusiya şirkətlərinə sanksiyalardan yan keçməyə yardım etdiyinə görə, müəyyən dərəcədə böyüyb. Bu izdivacdan əl çəkməsi isə Ermənistan iqtisadiyyatının daha da zəifləməsi ilə nəticələnəcək. 

Amma digər tərəfdən, Paşinyan da Moskva kimi sanksiyalara məruz qalmaqla, Qərbin verdiyi dəstəkdən müəyyən dərəcədə məhrum ola bilər.  

Məsələ barədə, Ermənsitan baş naziri də dünən məlumat verərək qeyd edib ki, “İrəvan Rusiyaya zərər vermək istəmir, lakin biz sanksiyalara da məruz qala bilmərik”. 

Bu açıqlama da onu deməyə əsas verir ki, mövcud vəziyyətdə Qərbin Ermənistana sanksiya tətbiq etməsi məsələsi həqiqətən də reallaşa bilər. Görünən odur ki, Qərb gec-tez hiyləgər ermənilərə qarşı ölçü götürəcək. Bu isə İrəvanda ciddi narahatlıqla qarşılanıb.

Görəsən, Paşinyanın bu qorxusu reallaşa bilərmi?

Bizim.Media-ya açıqlamasında politoloq Tural Rzayev bildirir ki, mövcud vəziyyətdə Ermənistan iki seçimlə üz-üzə qalıb:
 

MÖVZU İLƏ BAĞLI:

Aİ Ermənistanın Rusiyaya yardımları ilə bağlı ARAŞDIRMALARA BAŞLADI 


“Burada iki məqam var. Paşinyan həqiqətən də Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq istəyir. Ona görə də Rusiyaya sanksiyalardan yayınmaqda kömək etmək istəmir. Amma digər tərəfdən, Ermənistan iqtisadiyyatı çox ağır vəziyyətdədir.

Əhali ölkədən köçməkdə davam edir. Lakin son bir ildə Ermənistan iqtisadiyyatında müəyyən artım qeydə alınıb. Bu da Rusiyadan Ermənistana gələn miqrantların maliyyəsilə bağlıdır. Sanksiyaya məruz qalan Rusiya şirkətlərinin bir çoxu indi Ermənistana xidmət göstərir. Bu da kiçik Ermənistan iqtisadiyyatının bir qədər böyüməsinə gətirib çıxarıb.
Belə vəziyyətdə bundan birdəfəlik imtina etmək Ermənistan üçün çətindir. Bu da Ermənsitan iqtisadiyyatının dar olması ilə bağlıdır. Ermənistan hava yolları Rusiya üçün daşımalar həyata keçirir, hərbi məhsulları qeyri-qanuni yollarla bu ölkəyə çatdırır. Yaranmış vəziyyətdə Ermənsitan üçün hansı yolu seçmək elə də rahat deyil”. 

Həmsöhbətimizin fikrincə, Qərb Ermənistanın zöünə deyil, onun bir sıra şirkət və müəssisələrinə qarşı sanksiyalar tətbiq edəcək: 

“G7 ölkələrinin Yaponiya görüşündə bu məsələyə baxılacağı gözlənilir. Onlar Ermənistan kimi ölkələrə münasibətdə müəyyən tədbir görməklə sahəni daraltmaq istəyirlər. Ən son olaraq Ermənistanın bir neçə hava yolu şirkətinə sanksiyalar tətbiq olundu. Ermənistanın bir neçə maliyyə şirkəti də həmin siyahıya düşə bilər. 
Fikrimcə, Qərb hələ ki, Moskvaya yardım edən ölkələrin özlərini deyil, həmin dövlətlərdə fəaliyyət göstərən müəyyən müəssisə və şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək. Bu müstəvidə sanksiyalardan yayınmaqda kömək edən Ermənistanın bəzi bankları, hava yolları və bəzi nəqliyyat, habelə texnologiya və maliyyə şirkətləri Qərbin sanksiyalarına tuş gələ bilərlər”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

End of content

No more pages to load

RADİO