“Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı

BBC-nin rus xidməti Laçın rayonundan reportaj hazırlayıb.

Bizim.Media xəbər verir ki, reportajda Rusiya sülhməramlılarının Laçındakı fəaliyyəti əks olunub.



“Laçının- Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən kiçik bir şəhərciyin qayıdışını Azərbaycan 30 il gözləyib. Bu bölgə Xankəndini Ermənistanla birləşdirən ən vacib yolda dayanır”- məqalə bu fikirlərlə başlayır.

Yazıda bildilir ki, Birinci Qarabağ müharibəsi zamanı buradakı kəndlərdə yaşayan azərbaycanlılar evlərini tərk ediblər.



Vətəndaşların minalanmış ərazilərə görə bura gəlməsinə icazə verilmir. Sülhməramlıların gündəlik həyatına gəldikdə isə onlara internetdən istifadəyə qadağa qoyulub.

Hərbçilərdən biri deyir ki, əyləncə üçün yalnız televizor var, amma burada heç bir kanal tutmur.

“Bəzən disklərdə filmlərə baxırıq. Boş vaxtlarımda kitab oxuyuram. İndi Ayn Randın "Mənbə" kitabını oxuyuram. Amma tezliklə bitirəcəyəm. Çox təəssüf ki, yeni kitablar yoxdur. Burda kitablarımız var, amma bəyənmirəm. Remarkı çox sevirəm "-deyə adının mediaya açıqlanmasını istəməyən hərbçilərdən biri deyib.



Hərbçilərdən digəri isə buradakı təəssüratlarını bölüşür:

“Qırmızı Xaç ilə bir yerdə həlak olanların meyitlərini axtarmaq burada gördüyüm ən dəhşətli şeydir. Minalanmış sahələrə çıxmışıq, çaqqalların parçaladığı meyitləri görmüşük. Yadımdadır, Şuşaya gələndə yolboyu meyitlər səpələnmişdi.



Hamısı 18-19 yaşlı erməni uşaqlarıdı... Azərbaycan hərbçilərinin haqqını vermək lazımdır. Yeni mövqeləri tutanda erməni hərbçilərin meyitlərinin çoxunu çaqqallara yem olmasın deyə torpağa basdırıblar. Bunu dəfələrlə özüm görmüşəm. Amma elə ki, meyitin üstünü heç olmasa azca torpaqla örtmədin, ancaq kiçik hissələri və sümükləri qalır”



Yazıda Laçının küçələrinin boş olduğu da vurğulanıb. Rəsmi məlumatlara görə, hazırda şəhərdə cəmi 80 yerli sakin var, qalanları hərbçidir:

“Sakinlər jurnalistlərlə danışmaqdan çəkinirlər və  danışanlar isə adlarının çəkilməmələri  üçün xahiş edirlər”.

Dükanda satıcı işləyən Aida Balikyan Laçında qarətçiliyin xeyli yayıldığını bildirib:



“Sülhməramlılar qayda-qanuna nəzarət etsələr də, həmin o qarətçilər də işini bilir, keşikçilərə rastlaşmayacaqları vaxt gəlirlər. Hətta bir vaxt tamam azğınlaşıb günorta çağı dam örtüklərini sökürdülər. Dəqiq bilirəm ki, azərbaycanlılar deyil, bizimkilərdir. Bunu kefindən etmirlər. Hətta naqilləri də sökürlər ki, satıb çörəkpulu etsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Azərbaycanda distant iş RƏSMİLƏŞİR

Azərbaycanda distant iş RƏSMİLƏŞİR

20 Sentyabr qeyri-iş günü OLACAQ

20 Sentyabr qeyri-iş günü OLACAQ

Azərbaycanda övladı yeni doğulan kişilərə ÖDƏNİŞLİ məzuniyyət verilə bilər

Azərbaycanda övladı yeni doğulan kişilərə ÖDƏNİŞLİ məzuniyyət verilə bilər

ABŞ-ın qərarı “köhnə qitə”ni XAOSA SÜRÜKLƏYİR – “Avropada müharibələr BAŞLAYACAQ”

ABŞ-ın qərarı “köhnə qitə”ni XAOSA SÜRÜKLƏYİR – “Avropada müharibələr BAŞLAYACAQ”

Millimizin baş məşqçisi: “Həmin görüşdə bir səhv həlledici olmuşdu”

Millimizin baş məşqçisi: “Həmin görüşdə bir səhv həlledici olmuşdu”

Federika Mogerini sərbəst buraxıldı – Korrupsiya İTTİHAMI

Federika Mogerini sərbəst buraxıldı – Korrupsiya İTTİHAMI

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Pişik Balidə istirahət edən ailə üzvlərini zəhərli ilandan belə xilas etdi – VİDEO

Pişik Balidə istirahət edən ailə üzvlərini zəhərli ilandan belə xilas etdi – VİDEO

İsmayıllıya ilk qar yağdı – VİDEO

İsmayıllıya ilk qar yağdı – VİDEO

Azərbaycanın qeyri-neft məhsulları ixracında Rusiya liderdir

Azərbaycanın qeyri-neft məhsulları ixracında Rusiya liderdir

Binalarda yanğın zamanı sakinlər buna görə ZƏHƏRLƏNİR - ŞOK SƏBƏB

Binalarda yanğın zamanı sakinlər buna görə ZƏHƏRLƏNİR - ŞOK SƏBƏB

Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

AZAL təyyarəsi qəzaya düşmədən öncə... - YENİ KADRLAR - VİDEO

AZAL təyyarəsi qəzaya düşmədən öncə... - YENİ KADRLAR - VİDEO

İranın sabiq prezidenti xəstəxanaya yerləşdirildi – FOTO

İranın sabiq prezidenti xəstəxanaya yerləşdirildi – FOTO

Narkotikin təsiri altında maşın idarə edən şəxs SAXLANILDI

Narkotikin təsiri altında maşın idarə edən şəxs SAXLANILDI

MİDA-nın mənzilləri 1 dəqiqəyə SATILDI - FOTO

MİDA-nın mənzilləri 1 dəqiqəyə SATILDI - FOTO

Azadlığa çıxan kişi sevgilisini döydü - Yenidən həbs olundu

Azadlığa çıxan kişi sevgilisini döydü - Yenidən həbs olundu

Xaçmazda mopeddən yıxılan kişi 9 gün sonra vəfat etdi

Xaçmazda mopeddən yıxılan kişi 9 gün sonra vəfat etdi

Dadı dillərdə, adı siyahılarda olmayan Azərbaycan kababı – Dünya niyə bu yeməyimizi “görmür”?

Dadı dillərdə, adı siyahılarda olmayan Azərbaycan kababı – Dünya niyə bu yeməyimizi “görmür”?

ABŞ-ın briqada generalı Azərbaycana gəldi - FOTO

ABŞ-ın briqada generalı Azərbaycana gəldi - FOTO

Baş nazirdən dinc dövrdə hərbi xidmətə yararsız şəxslərlə bağlı QƏRAR

Baş nazirdən dinc dövrdə hərbi xidmətə yararsız şəxslərlə bağlı QƏRAR

Kəlbəcərdə sement daşıyan maşın AŞDI: Sürücü xəstəxanalıq oldu

Kəlbəcərdə sement daşıyan maşın AŞDI: Sürücü xəstəxanalıq oldu

Azərbaycanda əhali bu il nə qədər pul XƏRCLƏYİB?

Azərbaycanda əhali bu il nə qədər pul XƏRCLƏYİB?

End of content

No more pages to load

RADİO