İrandan daha bir TƏXRİBAT – 4 diplomatımızın “persona-non-grata” elan edilməsinin PƏRDƏARXASI

Molla-fars rejimi öz fitnə-fəsadından əl çəkmir. Hər vasitə ilə Azərbaycana qarşı kinini püskürən rejim bu dəfə “siyasi gediş” edib. Heç bir əsas gətirmədən və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 əməkdaşını və Baş konsulluğun 2 əməkdaşını arzuolunmaz şəxs elan edib. 

Əslində bu aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilməsinə qarşı atılmış addımdır. 

Amma, bir məsələ var ki, Azərbaycan öz qərarının hüquqi izahını və səbəbini açıqlamışdı.

Rəsmi Tehran isə heç bir səbəb söyləmir. Bu isə onu göstərir ki, molla-fars rejimi ölkəmizə qarşı diplomatiya və informasiya sahəsində açdığı cəbhəni daha da genişləndirmək niyyətindədir.

Baxmayaraq ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanla güc dilində danışmaq olmaz. 

Və istənilən məsələnin müzakirəsinə Bakı hər zaman açıqdır. Baxmayaraq ki, molla-fars rejiminin qarşılıqlı müzakirəyə çıxartmağa heç bir məsələsi yoxdur. Bu rejim sadəcə Azərbaycanın ayaqda qalmasına qıcıq olur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Niyaməddin Orduxanlı bildirib ki, İranın belə bir addım atması qeyri-adekvatdır:
 

MÖVZU İLƏ BAĞLI:

İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan edib - Rəsmi Bakı


“Guya bununla molla-fars rejimi Azərbaycanın atdığı addıma adekvat cavab verir. Amma onlar bir məsələni unudurlar ki, iranlı diplomatların Azərbaycan dövlətçiliyi əleyhinə hərəkəti sübut olunmuşdu. Amma İranın 4 diplomatımızı arzuolunmaz şəxs elan etməsinin heç bir əsası yoxdur. Çünki, Azərbaycan İrana qarşı qeyri-qanuni hansısa addım atmayıb. Hər zaman dinc və dost qonşuluq əlaqələrinə önəm vermişik. 

Bir qonşu dövlət, islam ölkəsi kimi əlaqələrin inkişafında hər zaman maraqlı olmuşuq. Lakin, molla-fars rejimi Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü sözdə qəbul etsə də, reallıqda bunun əleyhinə gedib”. 

Niyaməddin Orduxanlı onu da qeyd edib ki, müstəqilliyimizin son 30 ilində İran bütün sahələrdə Azərbaycanın əleyhinə fəaliyyət aparıb:

“Düşmən Ermənistanı müdafiə edib. Ona hər cür iqtisadi-siyasi və hərbi yardımlar göstərib. Ötən illərdə Ermənistana ən çox dəstək olan 2 ölkədən biri İran olub. Bu da Azərbaycan dövlətinə və cənubda yaşayan 40 milyon soydaşımıza qarşı məkrli münasibətlərdən qaynaqlanıb. Bu mənada molla-fars rejiminin son addımı gözlənilən idi. Baxmayaraq ki, bu heç nəyi həll etmir. Bunu etmək yerinə, rəsmi Tehran qoy səfirliyimizə qarşı təşkil edilən hücumun sifarişçilərini və iştirakçılarını üzə çıxartsın. Ədalətin bərpasına çalışsın, qonşuluqda dostluğa önəm versin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

End of content

No more pages to load

RADİO