Gürcüstanın Qardabani rayonunda partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində iki azərbaycanlı qardaş xəsarət alıb. Yaralananlardan 15 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. 11 yaşlı azyaşlı isə yüngül yaralanıb.
Ehtimal olunur ki, hadisə əl qumbarasının partlaması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media