Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla danışaraq bölgədəki və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
"Söhbət əsnasında tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, bölgədəki mövcud vəziyyəti, rus sülhməramlılarının Dağlıq Qarabağda tapşırıqları yerinə yetirdiyi sahələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər". Açıqlamada belə deyilir.
Bizim.Media