Ermənistanda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 18-də parlamentin iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dövlətə xəyanətdə ittiham olunanların əksəriyyəti yüksək rütbəli və vəzifəli zabitlərdir:
“Onlar müharibə zamanı mövqelərimizi rəqibə pul qarşılığında ötürüblər”.
Bizim.Media