Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərində qızlar məktəbinin 47 şagirdi kimyəvi qaz hücumu nəticəsində zəhərlənib.
Bizim.Media xəbər verir ki, məktəbli qızlara edilən kimyəvi hücuma etiraz olaraq, şəhər sakinləri məktəbin qarşısından İran bayrağını endirərək, Xameneiyə qarşı şüarlar səsləndiriblər.
Qeyd edək ki, İranda qız şagirdlərin zəhərlənməsi 2022-ci ilin noyabrında başlayıb. O vaxtdan İranın hər yerindən 91 məktəbdə bu kimi hallar baş verib.
Bizim.Media