ATƏT Parlament Assambleyasının (ATƏT PA) 20-ci qış sessiyası bu gün öz işinə başlayıb.
Bizim.Media-nın qurumun rəsmi saytına istinadla xəbər verir ki, sessiyanın müddəti 24- 26 fevral tarixlərini əhatə edəcək.
İclas pandemiya səbəbi ilə virtual formatda keçirilir. Sessiya çərçivəsində ATƏT PA-nın Daimi Komitəsinin iclası, həm də ümumi komitə iclasları olacaq.
Sessiayda davam edən münaqişələr, Ukrayna böhranı, COVID-19 pandemiyası fonunda iqtisadi və ekoloji təhlükəsizlik, pandemiyanın demokratiya və seçkilərə təsiri kimi məsələləri müzakirə ediləcək.
Bizim.Media