Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sui-qəsd olması haqqında məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, bu haqda erməni sosial media fəalı Anna Bağdasaryan yazıb.
“Baş nazir Nikol Paşinyanın avtomobil kortecinə 3 nəfər əli silahlı şəxs hücum edib. Yaxınlıqda 20 dəqiqəyə yaxın atışma səsləri eşidilib.
Baş nazirin xəsarət alması haqqında xəbərlər gəzir. Yəqin hökumət rəsmiləri açıqlama verər”.
Qeyd edək ki, bu gün İrəvanda Nikol Paşinyan hökumətinə qarşı ümumxalq itaətsizlik nümayişi keçiriləcək.
Bizim.Media