“Qərb ölkələri Cənubi Qafqazda regional təhlükəsizlik arxitekturasını pozmaq istəyir”.
Bizim.Media “Spuntik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.
Lavrov qeyd edib ki, Qərbin Ermənistan və Rusiya arasında mübahisə yaratmaq cəhdləri uğursuzluğa məhkumdur.
“Biz Qərb dövlətlərinin Rusiya və Ermənistanı qarşı-qarşıya qoymaq, regional təhlükəsizlik arxitekturasını sarsıtmaq, eyni zamanda burada yerləşən ölkələrin maraqlarını deyil, öz geosiyasi maraqlarını düşünmək cəhdlərini görürük. Belə cəhdlərin uğursuzluğua məhkum olacağına əminəm”.
Bizim.Media