“Rusiya İrəvanla Bakı arasında əsas vasitəçi olaraq qalır, tərəflər sülh sazişi variantlarını bir-birinə məhz Moskva vasitəsilə ötürür”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Sülh sazişi üzrə təkliflərin mübadiləsi müxtəlif kanallar vasitəsilə, əsasən Rusiya tərəfi vasitəsilə həyata keçirilir. Rusiya əsas oyunçu olmaqda davam edir, lakin ABŞ və Fransanın təşəbbüsləri də var", - o deyib.
Qeyd edək ki, bu gün Moskvada Ermənistan və Rusiya xarici işlər nazirləri arasında danışıqlar başlayıb.
Bizim.Media