İranın İraqla sərhədində 5,2 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri İraqın 57,3 min insanın yaşadığı Hələbcə şəhərindən 17 km şimal-şərqdə yerləşib. Mənbə 10 km dərinlikdə olub.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media