İranda ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə 383 nəfər yaralanıb, 17 nəfər isə ölüb.
Bizim.Media xəbər verir ki, bunu İranın Fövqəladə Hallar Təşkilatının sədri Cəfər Miadfər bildirib.
Onun sözlərinə görə, yaralılar hazırda ölkənin 4 hospitalına yerləşdiriliblər.
“Təəssüf ki, 58 amputasiya əməliyyatı keçirilib, 101 göz xəsarəti alan var. Yaralananlara görə ən yüksək göstərici Tehranda qeydə alınıb”.
Bizim.Media