Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı doğum günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Past” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yayıb.
Nəşr qeyd edir ki, Paşinyan bunu adi prosedurla deyil, münasibətlərin normallaşması üçün xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç vasitəsilə edib.
Bizim.Media