Xəbər verdiyimiz kimi İranın idman naziri Seyid Həmid Səccadi Hazavenin göyərtəsində olduğu helikopter qəzaya uğrayıb. Qəza nəticəsində bir nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, idman nazirinin müşaviri İsmayıl Əhmədi həyatını itirib.
Ölkənin idman naziri Seyid Həmid Səccadinin isə beyninə qan sızıb və o, Kirman şəhər xəstəxanasına yerləşdirilib.
Qəza nəticəsində 16 nəfər xəsarət alıb.
Bizim.Media