Moskva Ermənistan və Azərbaycana sülh müqaviləsini hazırlamağa kömək edir, lakin sülhə gedən yolda çoxlu maneə var.
Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, Rusiya ən yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksinə əsaslanaraq ölkələr arasında münasibətlərin normallaşdırılması üçün məqsədyönlü səylər göstərir.
Bizim.Media