İranda inflyasiyanın səviyyəsi bu ilin fevralında 53,4 faiz təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Statistika Mərkəzinin açıqlamasında bildirilib.
Bildirilib ki, cari ilin fevral ayında inflyasiya səviyyəsi əvvəlki ayla müqayisədə 2,1 % artaraq 53,4 %-ə çatıb.
Qeyd edək ki, İranda bir dollar 50 000 tüməndən baha mübadilə edilir.
Bizim.Media