Türkiyənin Hatay vilayətində dağıntılar arasından yüksələn piano sədaları eşidənləri duyğulandırıb.
Bizim.Media türk mediasına istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə gündəm olub.
Hatay vilayətinin Antakya rayonunda dağıntılar altındakı binalardan gələn piano səsləri eşidənlərə “Pianoçu” filmini xatırladıb.
İfa edən isə müəllim olan Ozan Can Alkayadır. O, Erik Satyenin “Gnossienne 1 notes” əsərini ifa edib.
Bizim.Media