Nikol Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Hayastan” ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan səsləndirib.
Onun sözlərinə görə, Paşinyan erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır.
“Məncə, Paşinyan artıq müharibənin nəticəsini də müəyyən edib, bu dəfə Zəngəzur (Sünik), Vedi (Ararat) və Dərələyəzin (Vayots Dzor) bir hissəsini təslim edəcəklər”, - Vardanyan əlavə edib.
Bizim.Media