Türkiyədə fervralın 6-da baş verən episentri Kahramanmaraş olan dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 40 min 642 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD sədri Yunus Sezer məlumat verib.
AFAD sədri bildirib ki, 80 ölkədən axtarış-xilasetmə qrupları Türkiyənin köməyinə gəlib, onlardan bəzilərinin fəaliyyət müddəti başa çatıb.
Y. Sezer, həmçinin axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.
Bizim.Media