Ermənistanın baş naziri Nikol Paşinyan qapalı görüşdə partiya yoldaşları ilə Azərbaycanla sülh müqaviləsinin detallarını müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Joxovurd” nəşri yayıb.
Paşinyan görüşdə Türkiyə ilə münasibətlərin normallaşdırılmasından da söz açıb.
Onun fikrincə, danışıqlar mümkün qədər tez başa çatmalıdır.
Mənbə yazır ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının canfəşanlığı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə dünənki səfərindən sonra artıb.
Bizim.Media