Fevralın 14-də Urmiya, Qəzvin və Kərəc şəhərlərində 6 məhbus edam edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İran İnsan Haqları Təşkilatı yayıb.
Mənbə yazır ki, edam olunan məhbuslar “narkotik maddələrin alveri və adam öldürmək”də ittiham ediliblər.
Qəzvin şəhərində Əhməd Süməri və Behzad Əlirzayi, Kərəc şəhərində isə Əli Purheydəri və Mehdi Dustdarinin edam hökmləri icra edilib.
İran Məhkəmə Hakimiyyəti və rəsmi dövlət mediası edamlar barədə məlumat verməyib.
Bizim.Media