“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar zəlzələdən zərər çəkənlərə 1000 mənzil bağışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.
"Fəlakət zonasında bacı-qardaşlarımızın daimi sığınacağa ehtiyacı var. İlk növbədə 2000-ə yaxın vətəndaşımızın yaşaya biləcəyi Baykar Konteyner Şəhərini işə salırıq. Bu çətin günlərdən birlikdə keçəcəyik”, deyə Selçuk Bayraktar sosial media hesabında video müraciət edib.
"İki çox böyük zəlzələ bizi sarsıtdı. Bütün millətimiz fəlakətin yaralarını sağaltmaq üçün dövlətlə birgə səfərbər oldu”, deyə o, əlavə edib.
Bizim.Media