Türkiyədəki Azərbaycan diasporundan zəlzələdən zərərçəkənlərə YARDIM

Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) 9 min manat (100 000 TL) nağd vəsaiti zərərçəkənlərə yardım fonduna köçürüb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu nəzdindəki Azərbaycan Evi Azərbaycandan, Türkiyədən və Avropa ölkələrindən toplanan 2 yük maşını humanitar yardımı zəlzələ bölgəsinə çatdırıb.

Ankarada fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi, “Azaflı” Hüquq və Konsaltinq şirkəti zəlzələ bölgəsinə 40 000 manat (450 000 TL) dəyərində 1 TIR humanitar yardımı və 6 çadır göndərib.
Eyni zamanda 30 nəfərlik 3 könüllü axtarış-xilastemə qrupu yaradılıb. Bu qrup tərəfindən zəlzələ bölgəsində 20 nəfər sağ çıxarılıb, 50-dən çox şəxsin isə meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

İstanbulda azərbaycanlı Elşən Rəsulovun rəhbərlik etdiyi “ARS” və “Unixpadel” idman təsisatları və qurğuları şirkəti 153 500 manat (1 700 000 TL) dəyərində 3 TIR içməli suyu və 2 TIR humanitar yardımı zəlzələ bölgəsinə göndərib.

Xilasetmə işlərində istifadə olunmaq üçün 3 ekskvator, 1 ədəd qreyder və 2 yükqaldırıcını icarəyə götürüb. Şirkətin Adıyamandakı fabrikində 500 nəfər zərərçəkənin yerləşdirilməsi təmin olunub.

Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən 2 700 manat (30 000 TL) dəyərində uşaq bezləri, isti geyim, yataq, 40 cüt ayaqqabı, quru yeməklər, uşaq yeməkləri və uşaq paltarlarından ibarət mallar toplanaraq zəlzələ bölgəsinə yola salınıb.

Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 270 manat (3 000 TL) köçürüb, zəlzələ bölgəsinə 5 400 manat (60 000 TL) dəyərində humanitar yük göndərib.
İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyi AFAD-ın hesabına 9 000 manat (100 000 TL) vəsait köçürüb.

İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycan Kültür Evi zərərçəkənlərə yardım fonduna 900 manat (10 000 TL) vəsait köçürüb, zəlzələ bölgəsinə 27 000 manat (300 000 TL) dəyərində 1000 ədəd adyal göndərib.

Hatay Azərbaycan Evi Osmaniyə şəhərində zəlzələdən zərər çəkmiş 5 azərbaycanlı ailəyə gündəlik zəruri ehtiyaclarının qarşılanması üçün humanitar yardım göndərib.

İstanbulda fəaliyyət göstərən İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 1 700 manat (1000 ABŞ dolları) vəsait köçürüb, 5 100 manat (3 000 ABŞ dolları) dəyərində isti geyim, ərzaq, gigiyena və tibbi ləvazimatları zəlzələ bölgəsinə göndərib.

Ankarada fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutu, eləcə də Güney Azərbaycan və Qaşqay türkləri 1 800 manat (20 000 TL) dəyərində olan ərzaq, isti geyim, dərman və tibbi ləvazimatları zəlzələnin episentri olan Kahramanmaraş vilayətinə yollayıb.
İğdır Vəqfi isə 2 700 manat (30 000 TL) maddi vəsaiti AFAD-ın İğdır şöbəsinin bank hesabına köçürüb, 1000 ədəd palto və 1000 ədəd çəkmədən ibarət humanitar yardımı zəlzələ bölgəsinə göndərilmək üçün Ankara Böyükşəhər Bələdiyyəsinə təhvil verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu futbolçular “Fənərbağça”dan gedəcək

Bu futbolçular “Fənərbağça”dan gedəcək

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Millimiz Bolqarıstanla heç-heçə etdi

Millimiz Bolqarıstanla heç-heçə etdi

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

Qazaxda yanğın - VİDEO

Qazaxda yanğın - VİDEO

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Ötən gün itkin düşənlərin sayı məlum olub

Ötən gün itkin düşənlərin sayı məlum olub

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

End of content

No more pages to load

RADİO