Azərbaycanın səfiri Rəşad Məmmədov ölkə vətətəndaşlarını Türkiyəyə ianələrini hansı bank hesablarına etmələrini paylaşıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
“Türkiyədə zəlzələdən zərər çəkmiş vilayətlərdə görülən işlərə dəstək olmaq istəyən vətəndaşlarımız aşağıdakı bank hesab nömrələri vasitəsilə ianə edə bilərlər”, - o yazıb.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74 242 nəfərdir.
Bizim.Media