Türkiyədəki zəlzələ bölgəsindən indiyədək 80 863 Türkiyə vətəndaşı təxliyə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd olunub ki, təxliyə həm hava, həm su, həm quru yolu ilə həyata keçirilir.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74 242 nəfərdir.
Bizim.Media