Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə çatıb.
Bizim.Media xəbər verir ki, Bakıdan gələn yardım karvanı Gəncədən keçməklə Türkiyənin Kahramanmaraş bölgəsinə gəlib.
Humanitar yardım 16 xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə Kahramanmaraşa çatıb.
Yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.
Bizim.Media