Türkiyəyə zəlzələni vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün 95 ölkə yardım təklifi edib.
Bizim.Media xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) fevralın 10-da yayıb.
Bildirilib ki, hazırda 60 ölkədən gələn 6 810 xilasedici axtarış-xilasetmə işlərinə cəlb olunub. Məlumata görə, daha 19 ölkə 2 518 xilasedici göndərəcək.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74 242 nəfərdir.
Bizim.Media