Ermənistan müdafiə naziri Suren Papikyan istefa verəcək və fəaliyyətini diplomatik sahədə davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.
Qəzet bununla bağlı Papikyan və Baş nazir Nikol Paşinyan arasında razılıq əldə olunduğunu iddia edir.
“Paşinyan bu qərarla 2 məqsədinə eyni vaxtda nail olur: Papikyanın istefasını tələb edən “ağaları”nın istəyini yerinə yetirir, həm də Qeqarkunik vilayətində 15 hərbçinin ölümündən sonra yaranmış narazılığı aradan qaldırır”, - “İravunk” yazır.
Bizim.Media