Zəlzələdən sonra Türkiyəyə yardım göndərən ölkələrin SİYAHISI 

Fevralın 6-da baş verən ardıcıl yeraltı təkanlardan sonra böyükmiqyaslı dağıntılar baş verib. Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Türkiyə hökuməti ilk saatlardan dünya ölkələrinə yardım üçün müraciət edib.

Dünyanın müxtəlif yerlərindən bir sıra ölkə və təşkilatlar Türkiyədən gələn çağırışa müvafiq olaraq öz yardımlarını təklif ediblər.
Məlumata görə, bu günə qədər 65 ölkə yardım təklifi ilə çıxış edib və onlardan bir çox artıq xilasetmə əməliyyatlarında aktiv iştirak edir.

Bizim.Media həmin ölkələrin siyahısını təqdim edir:

Azərbaycan – Türkiyəyə ilk yardıma gedən ölkə məhz Azərbaycan oldu. Hazırda Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti, o cümlədən tibb heyəti zəlzələ bölgəsindədir. Eyni zamanda 7 təyyarə və onlarla TIR-dan ibarət yardımlar da qardaş ölkəyə göndərilib.

Yunanıstan - Hərbi nəqliyyat təyyarəsi 21 nəfərlik xilasetmə qrupu, iki xilasedici it və bir xilasetmə maşını, bir konstruktiv mühəndis, beş həkim və seysmik planlama mütəxəssisi ilə Türkiyəyə gəlib.

İsrail - İsrail ordusu yardım göstərmək üçün 150 mühəndis, tibb işçisi və digər yardım işçilərindən ibarət axtarış-xilasetmə qrupu göndərib.

Livan - Türkiyəyə 72 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.

Malayziya - Malayziyadan 70 nəfərlik axtarış-xilasetmə qrupu zəlzələlərdən sonra axtarış-xilasetmə fəaliyyətlərinə dəstək vermək üçün Türkiyəyə hərəkət edib.

Gürcüstan – Gürcüstan hökumətinin qərarı ilə 60 nəfərdən ibarət axtarış-xilasetmə qrupu hazırda zəlzələ bölgəsindədir.

Bolqarıstan – 50 nəfərlik xilaetmə heyəti və 9 mühəndisdən ibarət heyəti Türkiyəyə göndərib.

Almaniya - 41 zabit və 7 itdən ibarət qrup Almaniyanın Köln şəhərindən yola düşüb.

ABŞ - 100-ə yaxın yanğınsöndürən və qəza-xilasetmə qüvvəsinin əməkdaşları ilə birlikdə altı xüsusi təlim keçmiş iti Türkiyəyə göndərib.

Fransa - Fransa Türkiyəyə 136 nəfərlik 2 axtarış-xilasetmə qrupu göndərib.

Ermənistan – Baş nazir Nikol Paşinyanın sərəncamı ilə 27 nəfərlik xilaetmə qrupu zəlzələ bölgəsinə göndərilib.

Ukrayna – Volodimir Zelenskinin sərəncamı ilə Türkiyəyə göndərilən birləşmiş axtarış-xilasetmə qrupu 87 nəfərdən ibarətdir.

İran – İran fevralın 7-də Təbriz hava limanından Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün bu ölkənin Qızıl Aypara Cəmiyyətindən 50 nəfərlik bir qrup göndərib.

Cənubi Koreya - 60 nəfərlik axtarış-xilasetmə qrupu və tibbi ləvazimat göndərməklə yanaşı 5 milyon dollar həcmində humanitar yardım göndərib.

Pakistan – 50 nəfərlik xilaetmə qrupu və 25 ton yardım Türkiyəyə yola salınıb.

Hindistan - Təbii Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin 100 nəfərlik şəxsi heyəti ilə birlikdə təlim keçmiş itlər artıq Türkiyədədir.

İsveçrə - 22 nəfərlik peşəkar xilasetmə qrupu artıq bölgədədir. Əlavə 80 nəfərlik qrupun da Türkiyəyə yola düşəcəyi rəsmi qaydada elan edilib.

İngiltərə - 76 nəfərlik xilasetmə qrupu Türkiyəyə yola salınıb.

Yaponiya – Zəlzələdən saatlar sonra Yaponiyanın ən peşəkar avadanlıqla təchiz edilmiş 75 nəfərə yaxın xilasedici dəstəsi artıq Türkiyədə idi.

İspaniya -  85 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu və bir könüllü yanğınsöndürən birliyi Türkiyəyə göndərilib.

Polşa - Türkiyəyə tam təchizatlı 76 yanğınsöndürən və 8 təlim keçmiş it göndərib.

Serbiya – 27 nəfərlik xilasetmə qrupu zəlzələ bölgəsindədir.

Moldova – 55 nəfərlik xilaetmə qrupu ölkə başçısı Mariya Sandu tərəfindən zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Türkiyəyə göndərilib.

Qazaxıstan - Türkiyəyə onlarla tibb işçisi və xilasedici göndərib. Bundan əlavə, Qazaxıstan Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayıracaq.

Meksika – Ən böyük xilasetmə qrupu göndərən ölkələrdən biridir. 155 xilasedici zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Türkiyədədir.

İtaliya – İki təyyarə və bir gəmidən ibarət yardımla yanaşı bir xilasetmə qrupunu Türkiyəyə göndərib.

Çin - Çin Fövqəladə Hallar Nazirliyinin axtarış, xilasetmə və səhiyyə xidmətinin əməkdaşlarından ibarət 82 nəfərlik Çin komandası xilasetmə avadanlığı və ləvazimatları ilə yola düşüb.

Macarıstan – 55 nəfərlik xilasetmə qrupunu Türkiyəyə göndərib.

Avstriya – Bu ölkənin ordusunda xidmət edən 80 xüsusi riskli xilasetmə briqadası üzvü Türkiyəyə göndərilib.

Özbəkistan – Zəlzələnin baş verdiyi gün 100 nəfərlik xilasetmə qrupunu Türkiyəyə göndərib.

Rusiya – İki yardım təyyarəsi, 89 xilasedici və 11 nəfərlik həkim briqadasını zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün təlimatlandırıb.

Sadalanan ölkələrlə yanaşı, Avropa İttifaqı ölkələrindən olan Malta, Çexiya, Xorvatiya, Rumıniya, Hollandiya, Portuqaliya, Belçika, Latviya, Litva, Estoniya, Monteneqro da qardaş ölkəyə yardım göndərənlər sırasındadır.
Bundan əlavə, Albaniya, Tayvan, Kosova, Misir, Avstraliya, Yeni Zellandiya, Monqolustan, İraq, Qətər, Tacikistan, Türkmənistan, Venesuela, Şimali Kipr Türk Cümhuriyyəti, Tunis, BƏƏ, Küveyt və Əfqanıstan da Türkiyəyə maddi və texniki yardımlar göndərib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun icraçı direktoru ilə görüşüb - FOTO

İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun icraçı direktoru ilə görüşüb - FOTO

SON DƏQİQƏ! Qalmaqallı görüntüləri yayılan məmur əri barəsində araşdırma başladıldı

SON DƏQİQƏ! Qalmaqallı görüntüləri yayılan məmur əri barəsində araşdırma başladıldı

Moldova MDB üzvlüyündən ÇIXIR

Moldova MDB üzvlüyündən ÇIXIR

Nikah sənədlərində “ər” və “arvad” anlayışları ləğv edilir - Əvəzində isə…

Nikah sənədlərində “ər” və “arvad” anlayışları ləğv edilir - Əvəzində isə…

Övladları ilə danışmır

Övladları ilə danışmır

Bolqarıstan prezidenti İSTEFA VERƏCƏK - VİDEO

Bolqarıstan prezidenti İSTEFA VERƏCƏK - VİDEO

“Kəpəz”in legioneri Azərbaycana qayıtmaq istəmir?

“Kəpəz”in legioneri Azərbaycana qayıtmaq istəmir?

Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini MÜZAKİRƏ ETDİ

Bu ərazidən EV ALMAYIN: Paytaxtın problemli yaşayış massivi

Bu ərazidən EV ALMAYIN: Paytaxtın problemli yaşayış massivi

“Azərbaycan xalqı 20 yanvar tarixini yaşadır”

“Azərbaycan xalqı 20 yanvar tarixini yaşadır”

“Neftçi” “Zirə” ilə oyunun hazırlığına başladı - FOTO

“Neftçi” “Zirə” ilə oyunun hazırlığına başladı - FOTO

Metyu Brayza: “Rusiyanın təhlükəsizlik xidməti mənim üçün süni qəza yaratdı”

Metyu Brayza: “Rusiyanın təhlükəsizlik xidməti mənim üçün süni qəza yaratdı”

Prezident Davosda ÜST-nin Baş direktoru ilə görüşdü - FOTO/VİDEO

Prezident Davosda ÜST-nin Baş direktoru ilə görüşdü - FOTO/VİDEO

İlham Əliyev Davosda Danimarka şirkətinin baş vitse-prezidenti ilə görüşdü - FOTO

İlham Əliyev Davosda Danimarka şirkətinin baş vitse-prezidenti ilə görüşdü - FOTO

Küçə ticarəti ilə bağlı QALMAQAL - Satış üçün müəyyən edilməmiş yerlərlə bağlı siyahı var? – VİDEO

Küçə ticarəti ilə bağlı QALMAQAL - Satış üçün müəyyən edilməmiş yerlərlə bağlı siyahı var? – VİDEO

Salyanda yol qəzası olub, ölən və yaralanan var

Salyanda yol qəzası olub, ölən və yaralanan var

Ərdoğandan ərəblərə MESAJ: “Suriya suriyalılara məxsusdur” - VİDEO

Ərdoğandan ərəblərə MESAJ: “Suriya suriyalılara məxsusdur” - VİDEO

“Qaçmaq nədir? Məni ora əməkdaşlığa dəvət etmişdilər” - Nəsimi Nəbizadə

“Qaçmaq nədir? Məni ora əməkdaşlığa dəvət etmişdilər” - Nəsimi Nəbizadə

Nazənin KÖVRƏLDİ: “Artıq ölümdən qorxmuram” - VİDEO

Nazənin KÖVRƏLDİ: “Artıq ölümdən qorxmuram” - VİDEO

Cəlilabadda yük maşını 64 yaşlı kişini vurdu - VİDEO

Cəlilabadda yük maşını 64 yaşlı kişini vurdu - VİDEO

"Deyirdim ki, Allah mənə qız övladı verməsin"

"Deyirdim ki, Allah mənə qız övladı verməsin"

“Qarabağ” – “Ayntraxt” matçına nə qədər bilet satılıb?

“Qarabağ” – “Ayntraxt” matçına nə qədər bilet satılıb?

İranda internet BU TARİXDƏ bərpa ediləcək

İranda internet BU TARİXDƏ bərpa ediləcək

Baş Prokurorluq həkim cərrahla bağlı Səhiyyə Nazirliyinə təqdimat GÖNDƏRDİ

Baş Prokurorluq həkim cərrahla bağlı Səhiyyə Nazirliyinə təqdimat GÖNDƏRDİ

End of content

No more pages to load

RADİO