Türkiyədə 4 nəfər 27 saatdan sonra dağıntılar altından xilas edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri İHA agentliyi yayıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 yaralı var.
Bizim.Media