Türkiyədə kiçik uşaq dağıntılar altından xilas edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
Son məlumatlara görə, zəlzələ nəticəsində 2 921 nəfər həlak olub, 15 834 nəfər yaralanıb.
Bizim.Media