Ermənistandan Dağlıq Qarabağa gün ərzində 30-dan çox qaçqın qayıdıb.
Bizim.Meda xəbər verir ki, bu barədə fevralın 14-də axşam Rusiya Müdafiə Nazirliyi informasiya bülletenində məlumat yayıb.
"Ermənistan ərazisindən bir sutka ərzində Dağlıq Qarabağa 34 qaçqın qayıdıb", - deyə hərbi idarənin açıqlamasında bildirilib.
Bununla da rusların rəsmi məlumarına əsasən, Ermənistandan Dağlıq Qarabağa ümumilikdə 52 545 nəfərin qayıtdığı bildirilir.
Bizim.Media