Bu gün (4 fevral) yerli vaxtla 06:15 radələrində İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunda 4,7 bal gücündə zəlzələ baş verib. 3 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bunu İranın Kirmanşah vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əfşin Yegane deyib.
O bildirib ki, zəlzələ nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Yegane əlavə edib ki, zəlzələ nəticəsində dəyən xəsarətin dəyərləndirilməsi ilə əlaqədar araşdırmalar aparılır.
Qeyd edək ki, 28 yanvarda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda saat 21:00 radələrində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb, 1 167 nəfər xəsarət alıb.
Bizim.Media