İranın PSİXOLOJİ VƏZİYYƏTİ - Terrorçunu dəli elan etməkdə məqsəd nədir?

Məlum olduğu kimi, yanvarın 27-də İrandakı səfirliyimizə yönələn xain terror hücumu baş verdi. Nəticədə səfirliyimizin bir əməkdaşı şəhid oldu, iki nəfər yaralandı. Tehrandakı diplomatik korpusumuz təhlükəsizlik səbəbindən Azərbaycana qayıtdı.

Hadisə baş verən ilk saatlardan İran rəsmiləri və mətbuatı hadisəyə rəzil don geydirməyə çalışdılar. Onlar hər vəchlə hücumun ailə münaqişəsi olduğunu əsaslandırmaq taktikasını seçdilər.
Bu yetmirmiş kimi, terrorçudan, cinayətin törədilməsindən bir neçə saat sonra müsahibə götürüb, onu kütləvi tirajlamaqdan belə çəkinmədilər.

Açıq şəkildə terror olduğu görünən olayla bağlı Azərbaycan hadisənin obyektiv araşdırılmasını qarşı tərəfdən tələb edir. İran tərəfi isə öz davranışları ilə obyektiv araşdırmadan nə qədər uzaq olduqlarını göstərməyə davam edir.

Belə ki, terrorun tətikçisi Yasin Hüseynzadə ruhi dispanserə yerləşdirilib. Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkirmiş.

Yəni deyirlər, dəlidir, nə etsə yeridir...

İranın terrorçunu dəli elan etməklə nəyi hədəflədiyini təxmin etmək elə də çətin deyil. Görünür, İran mollaları bu yolla terrorçunu cinayət məsuliyyətindən qurtarmağa çalışırlar.

Yasini psixi xəstə kimi göstərmək İran hakimiyyəti üçün də vacib məsələdir. Çünki istintaqın gedişində dəlilik kartı mütləq şəkildə qabardılacaq. Bununla da terror ehtimalını minimuma endirib, özlərinin “ailə münaqişəsi” feykinə dəlil kimi önə sürəcəklər.

Son nəticədə hücumun İran hakimiyyəti ilə bağının olmadığını sübuta yetirməyə çalışacaqlar.

İran tərəfinin son açıqlamaları da molla rejiminin olayın ssenarisini bu formada uydurmaq istədiyini görməyə yetir. Məsələn, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf hücumun terror kimi dəyərləndirilməsinə qəti etiraz edib. Ölkə mətbuatı isə Yasinin “dəliliyini” aktiv şəkildə tirajlayırlar.

Bir sözlə, mollalar kor tutduğunu buraxmaz məntiqilə hərəkət edirlər. Elə düşünürlər ki, başlarını Quma soxduqları üçün heç kim onları görməyəcək.
Amma görünən dağa nə bələdçi. 

Hücumun görüntülərini izləyən uşaq belə terrorun xeyli əvvəldən planlaşdırıldığını görmək üçün yetib. Məsələyə digər prizmadan da baxaq. Mollalar deyir ki, Yasinin psixi problemləri olub, yəni dolayısı ilə hücumu affekt vəziyyətində törədib. Fərz edək ki, belədir. O zaman suallar ortaya çıxır:

Necə ola bilər ki, affekt vəziyyətində olan şəxs səfirliyin qapısının içəridən açılması üçün maşını digər avtomobilə çırpıb, səs-küy yaradıb? Psixoloji problemli, affekt vəziyyətində olan şəxs bu cür detallı planı qura bilərdimi?

Tutaq ki, Yasin dəli idi. Bəs, İran polisi hara baxırdı? Yarım saatdan çox səfirliyin qarşısında olan şəxsi saxlamaq üçün niyə bir polis əməkdaşı gəlmədi? Səfirliyin qarşısında növbə çəkən polis niyə hadisəni izləməklə yetindi, sonra isə qeybə çəkildi?
Nə deyək, düşmənin ağıllısına da həsrət qalmışıq. Molla rejimin bu ağılla indiyədək hakimiyyətə qalması da möcüzədir. Amma bu günlər mollaların taxtdakı son zamanlarıdır. Taxt artıq silkələnib. Çox keçməz, mollalar viran qoyduqları İranın dağıntılarına gömülərlər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO