Güney Azərbaycanın Xoy şəhərində zəlzələdən zərər çəkən azərbaycanlı ana İran məmurlarına etiraz edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
"Niyə xalqın zəlzələdən zərər çəkənlərə göndərdiyi yardımların qarşısını kəsirsiniz?! Yoxsa yardımları öz pulunuzla alırsınız? Bu soyuqda çarəsiz və ac qalmışıq. Heç olmasa imkan verin, insanlar kömək etsinlər!", deyə o, qeyd edib.
Bizim.Media