İranın Xoy şəhərindən 22 km cənubda yeni zəlzələ baş verib. Zəlzələ Ermənistanda da hiss olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti yayıb.
Mənbə yazır ki, 5 bal gücündə zəlzələ yerli vaxtla saat 18:41-də qeydə alınıb. Ocağın dərinliyi 10 km, episentrdə gücü 6-7 bal olub.
Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib.
Zəlzələ təxminən 8-10 saniyə davam edib.
Bizim.Media