Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkmənistan XİN-in məlumatında qeyd edilib.
“Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik missiyaların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”, - deyə bəyanatda bildirilib.
Türkmənistan XİN həlak olanın ailəsinə başsağlığı verib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa diləyib.
Bizim.Media