Kreml Paşinyanı Vardanyanla əvəzləməyə hazırlaşır – “The Washington Times”

Vaşinqtondakı “Jamestown Fondu”nun baş əməkdaşı Yanuş Buqayski Cənubi Qafqazda baş verən son hadisələrə həsr olunan məqalə yazıb.

Bizim.Media xəbər verir ki, material  “The Washington Times” qəzetində dərc edilib.

“Rusiya dairələri Cənubi Qafqazda etnik münaqişələri qızışdırmaq və İrəvan hökumətini Moskvanın himayədarı ilə əvəzləmək üçün Azərbaycanın tarixi torpağı olan Qarabağdakı erməni azlığını manipulyasiya edir. Bu epizod Kremlin Gürcüstan, Moldova və Ukrayna kimi ölkələrdə öz təsir dairəsini saxlamaq məqsədi daşıyan hərəkətlərini xatırladır.

ABŞ və onun müttəfiqləri Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində Ukraynada olduğu kimi birmənalı mövqe tutmalıdırlar.

Rusiya sülhməramlı kontingenti 2020-ci ildə Ermənistanla Azərbaycan arasında müharibədən sonra işğaldan azad edilmiş Qarabağda yerləşdirilib. Bakı Qarabağdan kənarda bütün işğal olunmuş rayonları azad edə bilsə də, bölgənin bir hissəsi hələ də rus qoşunlarının nəzarətindədir. Moskva Qarabağın bu hissəsinə nəzarəti gücləndirir və Ermənistana hakim olmaq üçün regiondan tramplin kimi istifadə etməyi planlaşdırır.

2022-ci ilin noyabrında Moskvada müzakirələrdən sonra Ruben Vardanyan Qarabağda “dövlət naziri” təyin edilib. Hazırda Kreml onu İrəvanın xarici siyasətini Qərbə yönəltməklə Moskvadan uzaqlaşdıran Ermənistanın baş naziri Nikol Paşinyanın varisi kimi hazırlayır. Vardanyan isə Ermənistanın yeni milli lideri olduğunu iddia edir və Rusiyanın tam diplomatik, maliyyə və media dəstəyi ilə növbəti parlament seçkilərində iştirak etməyə hazırlaşır.

Rusiyanın ən varlı adamlarından biri kimi Vardanyan Putinə kifayət qədər yaxındır. O, prezidentlərin “ekspert şuraları”nda çalışıb və Kremlin başçılıq etdiyi Y.M.Primakov adına Xarici Siyasət Əməkdaşlıq Mərkəzinin yaradıcılarından biri olub. Mərkəz sovet rejiminin ən qızğın anti-Qərb təbliğatçılarından birinin adını daşıyır.
Vardanyan ofşor şirkətlər vasitəsilə pulların yuyulmasında və Putinin nüfuzlu yaxın adamlarına pul köçürməsində ittiham olunur. 2022-ci ilin martında Avropa Parlamentinin üzvləri Vardanyanın 2011-ci ildə Sberbank-ın tərkibinə daxil olan “Troyka Dialoq” investisiya bankının rəhbəri kimi fəaliyyətinin araşdırılmasına çağırıblar. Elə həmin il Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) sübut edib ki, “Troyka Dialoq” Rusiyadan pulları yuyan geniş ofşor şirkətlər şəbəkəsi yaradıb. Təxminən 76 ofşor şirkət vasitəsilə 4,6 milyard dollar çıxarılıb. 

2022-ci ilin sentyabrında Vardanyan Qərbin sanksiyalarından yayınmaq üçün Rusiya vətəndaşlığından imtina edib, lakin Ukrayna onu Rusiya ordusuna maddi-texniki dəstək verdiyinə görə sanksiya siyahısına daxil edib. Vardanyan Qarabağa gəldikdən sonra bölgədə Azərbaycana məxsus mis, molibden və qızıl yataqlarını talayıb. Bu ehtiyatlar Rusiya hərbçilərinin himayəsi altında talan edilib, bu da ekoloji standartların pozulmasıdır. Azərbaycan hakimiyyəti öz ekspertlərinin həmin mədənlərə buraxılmağını tələb etsə də, rədd cavabı alıb.

Buna cavab olaraq Azərbaycan QHT-ləri və fəallar separatçı regiondan təbii ehtiyatların ixracının qarşısını almaq üçün etiraz aksiyası təşkil ediblər.

Bu qanuni etirazları Vardanyan gözdən salmaq üçün humanitar böhran kimi təqdim etməyə, erməniləri Xankəndidə nümayişlər təşkil etməklə Azərbaycan əleyhinə qaldırmağa cəhd edib. İddia edib ki, rəsmi Bakı bu aksiyaları Qarabağda müvəqqəti yaşayan erməniləri aclıqdan öldürmək üçün təşkil edib. Bu dezinformasiya hətta erməni mənbələri tərəfindən də təkzib edilib və onlar göstəriblər ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin ərzaq, dərman və humanitar yardımı hər gün regiona heç bir maneə olmadan çatdırılır. 

Vardanyanın strategiyası təkcə millətlərarası nifrətin qızışdırılmasına və Rusiyanın Ermənistan üzərində nəzarətinin bərpasına deyil, həm də Xəzər hövzəsindən Avropaya enerji resurslarının nəqlini dayandırmağa yönəlib.

Ukraynadakı müharibə Rusiyanı Aİ-nin enerji resurslarının əsas təchizatçısı statusundan məhrum edib. Buna cavab olaraq Kreml Avropanı əsas alternativ qaz və neft mənbələrindən biri olan Azərbaycandan məhrum etməyə çalışır. Azərbaycan hazırda Avropa İttifaqının ondan çox ölkəsini, o cümlədən Almaniya, İtaliya, Niderland və İspaniyanı enerji ilə təmin edir. Regionda qeyri-sabitlik artarsa, Avropa ilə Xəzəri birləşdirən həyati əhəmiyyətli enerji infrastrukturunun sabotaj riski artacaq.

Vardanyanın hakimiyyətə gəlməsi İranın Cənubi Qafqazda mövcudluğunu da gücləndirəcək. Onun İranla əlaqələri A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu vasitəsilə izlənilir və bu fond müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda Tehrandan hökumət tərəfindən təsdiqlənmiş məruzəçilərin iştirakı ilə tədbirlər təşkil edir.
Onların arasında İran Silahlı Qüvvələrinin Baş Qərargahına tabe olan struktur olan Tehran Beynəlxalq Münasibətlər İnstitutunun və Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun əməkdaşı Ehsan Movaxedyan da olub.

Tehran Azərbaycana getdikcə daha çox düşmənçilik edir və Rusiyanın Cənubi Qafqazda neoimperiya siyasətini dəstəkləyir.

Moskvanın Qarabağ və İrəvan üzərində gücünün proqnozlaşdırılması vəziyyəti ciddi şəkildə destabilləşdirəcək. Bu, Türkiyə, NATO, Rusiya və İranın iştirakı ilə genişmiqyaslı münaqişəyə səbəb ola bilər. Gərginliyin qarşısını almaq üçün Vaşinqton və Brüssel Ermənistan və Azərbaycan arasında Cənubi Qafqaz regionuna sabitlik gətirəcək sülh yolu ilə nizamlanmaya kömək etməlidir”, deyə müəllif qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO